Süleymani Tural 2008-ci ildən bu yana proqramlaşdırma üzrə tədris keçməklə məşğuldur.

İlk olaraq proqramlaşdırmaya Assembler dili ilə başlayıb və kariyerası boyu Assembler,Pascal,Delphi,PHP,Javascript və C# dillərini istifadə edib.

Modenis şirkətində Emanat ödəmə terminallarının proqramlaşdırılması üzrə aparıcı proqramçı, Sinteks şirkətlər qrupundə ölkədəki “Giorgio Armani”, “Valentino”, “Alexander McQueen”, “Burberry”, “Givenchy”, “Chloe”, “Stella McCartney”, “Balenciaga”, “Emilio Pucci”, “Jimmy Choo”, “Tory Burch”, “Hugo Boss”,"Mango","Celio","NEXT" kimi mağazalar üçün proqram təminatının hazırlanmasında baş proqramçı kimi, həmçinin Azərbaycan Gimnastika Federasiyasında akreditasiya sistemlərinin yığılmasında arxitektor və aparıcı proqramçı olaraq fəaliyyət göstərib.

Proqramlaşdırma sahəsində ilk professional videodərsliklər olan “C# master class””PHP master class” videodərsliklərinin müəllifidir.   

 Müəllif Microsoftun MCSD statuslu mütəxəssisidir.

2018-ci ildən CodeAcademy şirkətində Full-Stack development üzrə tədris aparır.

https://mcp.microsoft.com/Anonymous/Transcript adresinə daxil olub müəllifin nailiyyətlərini görə bilərsiniz:

Transcript id: 1153128

Access Code: microsoftcp