junior-.net-developer-ucun-lazim-olan-bilikler

Junior .NET developer üçün lazım olan biliklər

Bu dəfəki mövzumuz .NET üzrə junior developer kimi işləmək üçün hansı biliklərə sahib olmağınız haqda olacaq. Videodan görəcəyiniz üzrə mövzuları 4 əsas bölməyə parçalamışıq. C#, Asp.NET , Web Servislər və SQL.

PS: Videodakı bütün fikirlər müəllifin subyektiv fikridir. Hərkəsin fikrinə hörmətlə..
 Videoda qeyd etdiyimiz məlumatları bir daha burada qeyd etmirik. Burada sizi əlavə məlumatlarla donatmaq fikrindəyik.

Sual 1.Web Form nə dərəcədə aktualdır?

- Web Form köhnəlmiş texnologiyadır, amma dünyada milyonlarla proyekt var ki Web Form-da yazılıb və hələ də yaxşı müşayiət olunmağı gözləyir. Azərbaycanda işə düzələn çox tələbələrim Web Form-u aktiv istifadə edirlər.

Spoiler: Mənə məlum olduğu qədərilə Caspel, Paşa Siğorta, Sinteks kimi şirkətlərdə bir sıra böyük proyektlər Web Form-da yazılıb və aktiv şəkildə həmin proyektlər genişləndirilir, müşayiət olunur. Bu sadəcə dənizdən damladır...

Sual 2. Web Form yoxsa MVCni öyrənim?

-Hər ikisini əzizim, hər ikisini öyrən. Yeni proyektləri MVC , köhnə müşayiət olunmalı olanları isə çox gümanki Web Form ilə davam etdirməli olacaqsınız. Çox insan düşünür ki, hansısa bir şirkətə girəndə ona həmişə 0-dan başlayan bir proyekt verəcəklər. İnan mənə, bu çox az halda olur..

Junior developer üçün hansı biliklərə ehtiyac olduğunu isə videodan baxa bilərsiniz. Bu tipli videolar həftədə bir dəfə yaymlanacaq, kanalımıza abunə olmağı unutmayın.


Tural

Tural Süleymani

Süleymani Tural Microsoft-un MCSD statuslu mütəxəssisidir, 2008-ci ildən bu yana proqramlaşdırma üzrə tədris aparır

Müəllifin bu dildə ən son postları

Bu yazıları da bəyənə bilərsiniz