javascript-de-callback-ler--2-ci-hisse-praktika

Javascript-də callback-lər: 2-ci hissə-Praktika

Məqaləmizin ikinci hissəsində söz verdiyimi kimi, callback-lərin praktikada istifadə aspektlərinə birlikdə baxacağıq. Təbii ki, bütün praktiki istifadə hallarını nəzərdən keçirtməyimiz qeyri-mümkündür amma öz praktikamızdan irəli gələrək hansı hallarda bizə callback-lərin lazım olduğunu və realizə variantlarını sizinlə bölüşməyə çalışacağıq.

               PS: Məqaləni tam anlamaq və callback-lərin nə olduğunu bilmək üçün məqaləmizin 1-ci hissəsini oxumağınızı tövsiyyə edirik.

               Callback-lər dediyimiz kimi, bir funksiyanın başqa bir funksiyaya arqument olaraq verilməsi prosesidir. Bir çox hallarda kod təkrarlanması təkcə özünü primitiv konstant kimi yox, həmçinin kod bloku kimi göstərir. Həmin kod blokunu konteksdən izolyasiya edib dəyişikliyə cavab verə bilmək üçün, kod blokunu funksiya şəklində başqa bir funksiyaya ötürmək lazım olur.

               Praktikada callback-lər:

1-ci hal. DOM model, event (hadisə) based development ilə işləyir.

-DOM modelin JS-də yeri əvəzolunmazdır və demək olar ki, addımbaşı DOM modeldə callbacklərlə rastlaşacaqsınız.Misal:

Səhifədə hər hansı bir düymə var və ona klik etdikdə hansısa bir kod blokunun icra olunmasını istəyirik.

2-ci hal. JS-də dinamik səhifə komponentləri yaradan zaman.

Emanat terminallarını proqramlaşdıran zaman səhifədəki bütün düymələri dinamik şəkildə yaratmışdıq ki, hər dəfə yeni provayder əlavə olunan zaman girib html faylında dəyişiklik etməyək. Dinamik elementlər üzərində hər hansı bir hadisə baş verən zaman yenə callback-lərdən istifadə edirik.

Siz terminalda hər hansı bir düyməyə klik etdikdə hansı səhifənin açılacağı konfiqurasiyadan oxunur və dinamik hadisə olaraq komponentə bağlanır.


 3-cu hal. AJAX sorğular callback-lər əsasında işləyir.


4-cü hal. Jquery başdan sona Callback-lər istifadə edir. Jquery funksiyalarının ortalama 90-95%i callback qəbul edir.

5-ci hal. Javascriptdə özünüz bir framework inkişaf etdirən zaman proyektdə ən çox rast gələcəyiniz özəllik callback-lər olacaq.

6-cı hal. Node.js hər APİ demək olarki callback istifadə edir.

7-ci hal. Angular.js başdan sona callback konsepsiyasını dəstəkləyir və praktikada geniş istifadə edir.

8-ci hal. Real-time kommunasiyası üçün istifadə olunan SignalR-da təməl proseslərin böyük bir qismi callback-lərlə tənzimlənir.

9-cu hal. WebSocket , Server Send Events və.s kimi HTML5 APİ-lər öz nüvəsində və konfiqurasiyasında callback-lər istifadə edir.

function WebSocketTest() {
            
            if ("WebSocket" in window) {
               alert("WebSocket is supported by your Browser!");
               
               // Let us open a web socket
               var ws = new WebSocket("ws://localhost:9998/echo");
				
               ws.onopen = function() {
                  
                  // Web Socket is connected, send data using send()
                  ws.send("Message to send");
                  alert("Message is sent...");
               };
				
               ws.onmessage = function (evt) { 
                  var received_msg = evt.data;
                  alert("Message is received...");
               };
				
               ws.onclose = function() { 
                  
                  // websocket is closed.
                  alert("Connection is closed..."); 
               };
            } else {
              
               // The browser doesn't support WebSocket
               alert("WebSocket NOT supported by your Browser!");
            }
         }


Tural

Tural Süleymani

Süleymani Tural Microsoft-un MCSD statuslu mütəxəssisidir, 2008-ci ildən bu yana proqramlaşdırma üzrə tədris aparır

Müəllifin bu dildə ən son postları

Bu yazıları da bəyənə bilərsiniz