Süleymani Tural 2008-ci ildən bu yana proqramlaşdırma üzrə tədris keçməklə məşğuldur.

İlk olaraq proqramlaşdırmaya Assembler dili ilə başlayıb və kariyerası boyu Assembler,Pascal,Delphi,PHP,Javascript və C# dillərini istifadə edib.

Modenis şirkətində Emanat ödəmə terminallarının proqramlaşdırılması üzrə aparıcı proqramçı, Sinteks şirkətlər qrupundə ölkədəki “Giorgio Armani”, “Valentino”, “Alexander McQueen”, “Burberry”, “Givenchy”, “Chloe”, “Stella McCartney”, “Balenciaga”, “Emilio Pucci”, “Jimmy Choo”, “Tory Burch”, “Hugo Boss”,"Mango","Celio","NEXT" kimi mağazalar üçün proqram təminatının hazırlanmasında baş proqramçı kimi, həmçinin Azərbaycan Gimnastika Federasiyasında akreditasiya sistemlərinin yığılmasında arxitektor və aparıcı proqramçı olaraq fəaliyyət göstərib.

Proqramlaşdırma sahəsində ilk professional videodərsliklər olan “C# master class””PHP master class” videodərsliklərinin müəllifidir.   

 Müəllif Microsoftun MCSD statuslu mütəxəssisidir.

2018-ci ildən CodeAcademy şirkətində Full-Stack development üzrə tədris aparır.

https://mcp.microsoft.com/Anonymous/Transcript adresinə daxil olub müəllifin nailiyyətlərini görə bilərsiniz:

Transcript id: 1153128

Access Code: microsoftcp

Rəsul Hüseynov 2011-ci ildən bu yana proqramlaşdırma ilə məşğuldur.

İlk olaraq proqramlaşdırmaya C++ dili ilə başlayıb.Bir çox şirkətlərin freelance layihələrində yer alıb. Mob-Solutions şirkətində proqramçı olaraq işləyib. Sinteks şirkətlər qrupunda ölkədəki “Giorgio Armani”, “Valentino”, “Alexander McQueen”, “Burberry”, “Givenchy”, “Chloe”, “Stella McCartney”, “Balenciaga”, “Emilio Pucci”, “Jimmy Choo”, “Tory Burch”, “Hugo Boss”,"Mango","Celio","NEXT" kimi mağazalar üçün proqram təminatının hazırlanmasında remote developer kimi işləyib. Suleymani Tural ilə birgə bir sıra layihələrdə həm də proqram təminatı üzrə arxitektor olaraq çalışıb.(PS: Layihələrdə çox vaxt front-end tərəfi Suleymani Turala verərək, "hocam backend-i boş ver, bana bırak, sən front-a kas ahahaaha" deyərək app-lərin backendini özü yazmağı çox sevir ) Hazırda oxuduğunuz, Azərbaycanın ilk .NET bloqu olan brain2brain.net layihəsinin həmtəsisçisi və ideya müəlliflərindən biridir.(Yeri gəlmişkən, saytın belə adlandırılmasını da o təklif edib :) )

Hal-hazırda Paşa Siğorta şirkətində software developer olaraq işləyir.

 Microsoftun MCSA statuslu mütəxəssisidir.